“ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri martın 12-də video formatda danışıqlar aparacaqlar”.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.
O bildirib ki, cümə günü səhər ABŞ Prezidenti Co Bayden Dördtərəfli Təhlükəsizlik Dialoq formatında virtual görüş keçirəcək.
Danışıqlar zamanı iqlim dəyişikliyi ilə mübarizə, pandemiya, iqtisadi əməkdaşlıq və s. mövzular ətrafında müzakirələr aparılacaq.