Bank Of Baku

ABŞ Prezidenti ölkədə fövqəladə vəziyyət rejiminin müddətini uzadıb

ABŞ Prezidenti ölkədə fövqəladə vəziyyət rejiminin müddətini uzadıb
# 25 fevral 2021 01:18 (UTC +04:00)

ABŞ Prezidenti Cozef Bayden sələfi Donald Trampın ölkədə yeni növ koronavirusun yayılması ilə əlaqədar tətbiq etdiyi fövqəladə rejim müddətini uzadıb.

APA TASS-a istinadən xəbər verir ki, bununla bağlı amerikalı lider müvafiq fərman imzalayıb.

“13 mart 2020-ci il tarixdə prezident COVID-19 pandemiyası ilə əlaqədar olaraq ölkədə fövqəladə vəziyyət rejimi elan edib. Pandemiya ictimaiyyətin sağlamlığı və ölkənin təhlükəsizliyi üçün ciddi risk yaratmaqda davam edir. Buna görə də fövqəladə vəziyyət rejimi 1 mart 2021-ci il tarixindən sonra da davam etdirilməlidir”, - deyə Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış fərmanın mətnində qeyd olunub.

Fövqəladə vəziyyət rejiminin müddətinin nə vaxtadək uzadılması açıqlanmayıb.

Bayden bildirib ki, ABŞ-da yeni növ koronavirus infeksiyası nəticəsində 500 mindən çox insan öldüyü üçün “federal hökumətin bütün imkanlarından yararlanmaqla COVID-19-la mübarizə və ona qarşılıq verilməsi davam etdirilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR