ABŞ-da həbsxanada atışma baş verib

ABŞ-da həbsxanada atışma baş verib
# 28 dekabr 2020 21:45 (UTC +04:00)

ABŞ-ın Corciya ştatının Devisboro şəhər həbsxanasında baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Hadisə gecə yarısı qeydə alınıb. İki gözətçi həbsxananın ətrafında hasarın zədələndiyini yoxlayarkən iki naməlum şəxsin məhkumlara qaçaqmal ötürməyə çalışdığını görüb. Nəticədə aralarında atışma baş verib, bir mühafizəçi yaralanıb və cinayətkarlardan biri öldürülüb. Hadisənin ikinci iştirakçısı saxlanılıb. Yaralı mühafizəçi xəstəxanaya yerləşdirilib.

Atışma ilə bağlı istintaq araşdırmalarına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR