ABŞ-da koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 15 milyonu keçib.
APA xəbər verir ki, bu barədə Federal və yerli hakimiyyət orqanlarının, habelə KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti öz hesabatında qeyd edib.
Bakı vaxtı ilə saat 22:53-ə olan məlumata görə, ABŞ-da aşkarlanan infeksiya hallarının sayı 15 019 092-ə çatıb, 284 887 koronavirus xəstəsi isə ölüb.
Universitetin hesabatına görə, dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 68 milyona yaxınlaşır.