ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 152 478 yoluxma halı qeydə alınıb, 3943 nəfər vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 25,5 milyondan çox yoluxma qeydə alınıb.
ABŞ-da indiyədək COVID-19-dan ölənlərin sayı 429 mindən çoxdur.