ABŞ-da son sutka ərzində koronavirusa yoluxanların sayı 160 606 nəfərə yüksəlib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Cons Hopkins Universitetinin son hesabatında bildirilib.
Qeyd edilib ki, son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 2051 nəfər olub.
Ümumilikdə isə ölkə üzrə 20,1 milyondan çox yoluxma, 347 mindən çox ölüm hadisəsi qeydə alınıb.