ABŞ-ın keçmiş Dövlət katibi Corc Şults Kaliforniyada 101 yaşında vəfat edib.
APA xəbər verir ki, bu barədə onun çalışdığı “Hoover” İnstitutunun rəsmi saytında bildirilib.
Qeyd edək ki, C.Şults, xüsusilə ABŞ prezidentləri Riçard Nikson və Ronald Reyqan administrasiyalarında yüksək vəzifələrdə işləyib.