Mətin Külünk: “Moskva ilə münasibətlərin pozulması hərbi çevrilişə cəhdin məqsədlərindən biri olub”

Mətin Külünk: “Moskva ilə münasibətlərin pozulması hərbi çevrilişə cəhdin məqsədlərindən biri olub”
# 21 iyul 2016 21:57 (UTC +04:00)

Bakı-APA. Türkiyə-Rusiya münasibətlərinin pozulması hərbi çevrilişə cəhdin məqsədlərindən biri olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu fikri hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, deputat Mətin Külünk bildirib.

“Hadisələrə bütövlükdə nəzər saldıqda, çevrilişə cəhdin məqsədlərindən biri də Türkiyə-Rusiya münasibətləri olub... Son üç il ərzində bəzi qüvvələr israrla Obama-Putin-Ərdoğan əlaqələrini pozmağa çalışıblar. O qüvvələr ki, Rusiyanı Türkiyədən ayırmağa, bu iki ölkə arasında münasibətləri pozmağa çalışıblar. Ərdoğanın Rusiyaya dair son addımını nəzərə alsaq, çevrilişə cəhdin arxasında Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından qorxanların durduğunu inkar etmək mümkün deyil”, - deyə Külünk “Sputnik”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması tələ, çevrilişə hazırlıq olub. Rusiya təyyarəsinin vurulması və çevrilişə cəhd – eyni prosesin tərkib hissədir”, - deyə Külünk qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR