Haaqa Məhkəməsi 2008-ci il avqust hadisələrini araşdıracaq

Haaqa Məhkəməsi 2008-ci il avqust hadisələrini araşdıracaq
# 09 oktyabr 2015 09:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatu Bensuda 2008-ci ilin avqustunda Cənubi Osetiyada baş verən hadisələri araşdırmaq niyyətini açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə məhkəmənin saytında məlumat verilir.

Qeyd olunur ki, əldə olunan məlumatlara əsasən prokuror belə bir nəticəyə gəlib ki, döyüş əməliyyatları zamanı Haaqa məhkəməsinin yurisdiksiyası altına düşən hərbi cinayətlər törədilib.

Prokuror icraatın davam etdirilməsi üçün ilkin icraat palatasına müraciət edəcək.

Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında 8 günlük müharibə olub. Münaqişədən sonra Rusiya Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimləri tanıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR