Fəlsəfə üzrə doktoranturaya qəbul imtahanları test texnologiyaları əsasında keçirilib

Fəlsəfə üzrə doktoranturaya qəbul imtahanları test texnologiyaları əsasında keçirilib
# 27 noyabr 2015 14:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanları akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında kompüterlər vasitəsilə keçirilib. AMEA-dan APA-ya verilən xəbərə görə, imtahanda 82-si Azərbaycan, 8-i isə rus bölməsi olmaqla 90 nəfər iştirak edib.

AMEA prezidenti, akademik Akif Əlizadə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) keçirilən fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanı prosesi ilə tanış olub.

Sonra AMEA prezidenti A. Əlizadə, imtahanların qəbul edilməsi məqsədilə yaradılmış komissiyanın sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri fəlsəfə üzrə elmlər doktorları Əbülhəsən Abbasov, Fərman İsmayılov, Zaur Bağırov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəhbəri, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov və AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun iştirakı ilə “dəyirmi masa” keçirilib.

İmtahanda iştirak edənlərin fəlsəfə fənnindən biliklərinin obyektiv qiymətləndirilməsi üçün yeni mexanizmlərin tətbiq edildiyini bildirən akademik A. Əlizadə fəlsəfə imtahanlarının 9 iyun 2015-ci il tarixli Sərəncama əsasən test texnologiyaları əsasında keçirildiyini söyləyib.

İmtahanların yüksək səviyyədə təşkil edildiyini bildirən komissiya üzvləri TİM-də quraşdırılmış video-müşahidə sisteminin imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsinə şərait yaratdığını deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR