Hacıqabulda iki uşaq anası intihar edib

Hacıqabulda iki uşaq anası intihar edib
# 25 avqust 2016 21:03 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda iki uşaq anası intihar edib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Hacıqabul rayonunu Abdulabad kənd sakini 1993-cü il təvəllüdlü Moqilova Gülgəz Səfər qızı axşam 19.00 radələrində yaşadığı evdə özünü asıb. Onun asılmış cəsədi qohumları tərəfindən aşkarlanıb.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR