Banqladeş sahillərində Hindistanın balıqçı gəmisi batıb, ən azı 5 nəfər ölüb

Banqladeş sahillərində Hindistanın balıqçı gəmisi batıb, ən azı 5 nəfər ölüb
# 14 avqust 2016 08:52 (UTC +04:00)

Bakı-APA. Benqal körfəzinin Banqladeş sahillərində Hindistana məxsus balıqçı gəmisi batıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Monqla limanından 140 km uzaqlıqda baş verib.

Göyərtəsində 17 nəfərin olduğu gəminin batmasına səbəb güclü külək olub. Artıq 5 balıqçının cəsədi tapılıb, 2 balıqçı isə xilas edilib. Axtarışlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR