Krım hökumətinin nümayəndəsi Polşaya buraxılmayıb

Krım hökumətinin nümayəndəsi Polşaya buraxılmayıb
# 26 sentyabr 2015 09:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Polşa Xarici İşlər Nazirliyi “Krım Respublikası”nın Nazirlər Şurası sədrinin müavini Georqi Muradovun ölkəyə gəlişinə icazə verməyib.

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-i məlumat yayıb.

Polşa tərəfi bu qərarı Q. Muradovun adının sanksiya siyahısında yer alması ilə əsaslandırıb.

Rusiya Xarici İşlər Nazirliyi isə Varşavanın bu qərarının beynəlxalq təşkilatların fəaliyyətinin təmin edilməsi, eləcə də Polşanın paytaxtında baş tutacaq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iclasının keçirilməsinə şərait yaradılmasına dair öhdəliklərə zidd olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR