Stoltenberq: “Rusiya təsir dairəsini bərpa etməyə çalışır”

Stoltenberq: “Rusiya təsir dairəsini bərpa etməyə çalışır”
# 07 aprel 2016 02:54 (UTC +04:00)

Bakı-APA. Rusiya sərhədləri ətrafında öz təsir dairəsini bərpa etməyə çalışır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Rusiya sərhədləri ətrafında təsir dairəsini bərpa etməyə çalışır. Bu qəbuledilməzdir, çünki bu beynəlxalq norma və dövlətlərin ərazi bütövlüyünü pozur”, deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, Suriyada rəsmi Moskvanın əsas məqsədi prezident Bəşər Əsədi müdafiə etməkdir: “Bu məqsədlə ruslar orada qoşun yerləşdiriblər. Hərbi kontingentin azaldılmasına baxmayaraq, Rusiya öz hərbi iştirakını Suriyada saxlayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR