Kabildə terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb

Kabildə terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb
# 01 fevral 2016 18:21 (UTC +04:00)

Bakı-APA. Kabildə törədilən terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan daxili işlər nazirliyinin rəsmisi bildirib.

Son hesablamalara əsasən, Əfqanıstan parlamenti qarşısında törədilən partlayış zamanı 20 nəfər ölüb, 29 nəfər yaralanıb. Bundan əvvəl 10 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməsə də, “Taliban” silahlı qruplaşmasının partlayışda əli olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR