Ağdaşda ev, talvar yanıb, 2 buzov tələf olub

Ağdaşda ev, talvar yanıb, 2 buzov tələf olub
# 21 avqust 2016 16:31 (UTC +04:00)

Bakı-APA. Ağdaş rayonu, Pirəzə kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 60 m2 olan talvar və talvarın altına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yaxınlıqdakı 2 baş iri buynuzlu (buzov) heyvan tüstüdən boğularaq tələf olub.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR