İmişlidə baş verən avtoqəzada sürücü ölüb

İmişlidə baş verən avtoqəzada sürücü ölüb
# 04 avqust 2016 20:49 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA.İmişlidə baş verən qəzada 27 yaşlı sürücü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Kürdəmir-İmişli magistralında, Alməmmədli kəndi ərazisində qeydə alınıb. “Range Rover” markalı, 90 EP 003 dövlət nönrə nişanlı avtomobili idarə edən 1989-cu il təvəllüdlü Hüseynov Anar Möhübbət oğlu sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb. Avtoqəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR