Futbol üzrə Belçika yığmasının yeni baş məşqçisi bəlli olub

Futbol üzrə Belçika yığmasının yeni baş məşqçisi bəlli olub
# 03 avqust 2016 23:24 (UTC +04:00)

Bakı-APA. İspaniyalı mütəxəssis Roberto Martines Belçika yığmasının yeni baş məşqçisi təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə Belçika futbol assosiasiyasının məlumatında deyilir.

43 yaşlı R.Martines AVRO-2016-dan sonra istefaya göndərilən Mark Vilmotsu əvəzləyib.

Roberto Martines bundan əvvəl İngiltərənin “Uiqan”, “Everton”, Uelsin “Suonsi” klubuna rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR