Rusiya XİN başçısının müavini ABŞ səfiri ilə Qarabağ problemini müzakirə edib

Rusiya XİN başçısının müavini ABŞ səfiri ilə Qarabağ problemini müzakirə edib
# 29 iyul 2016 17:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ABŞ-ın Moskvadakı səfiri Con Teftlə görüşüb.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, amerikalı diplomatın xahişi ilə baş tutan görüşdə Suriya böhranı və Qafqaz regionundakı vəziyyət müzakirə edilib.

Tərəflər, həmçinin, Ukraynanın cənub-şərqindəki münaqişə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri, habelə beynəlxalq gündəlikdə duran digər aktual məsələlərə bağlı fikir mübadiləsi aparıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR