® Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin beynəlxalq əməkdaşlığı davam edir

<font color=red>® </font>Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin beynəlxalq əməkdaşlığı davam edir
# 01 aprel 2016 08:17 (UTC +04:00)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi bir sıra beynəlxalq məktəblərlə əməkdaşlıq edir. Xarici dillər kafedrasının ingilis dili üzrə baş müəllimi pedaqoji elmlər namizədi dosent Qazıyeva Xumar Asim qızı 22-25 mart tarixlərində Ukraynanın Lvov şəhərində Azərbaycan Təhsil Şurası və Lvov Vilayət Dövlət Departamenti Elm və Təhsil İdarəsinin təşkil etdiyi “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” adlı elmi-praktik konfransda müvəffəqiyyətlə iştirak etmiş və çıxışçı sertifikatı ilə təltif olunmuşdur. Konfransda Azərbaycan, Ukrayna və Polşa təhsil işçiləri öz iş təcrübələrini həmkarları ilə bölüşdülər, təhsilin keyfiyyətini yüksəltməyin yollarını araşdırdılar, dünyanın yeni qabaqcıl pedaqoji fikirləri, tədris metodları ilə tanış oldular.

Dəyirmi masa arxasında keçirilən müzakirələrdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, müəllimlərin peşəyönümlü inkişafı, İKT-dən və interaktiv metodlardan səmərəli istifadəsi, inteqrativ dərslərin aparılmasi kimi aktual məsələlər öz əksini tapdı.

Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayevin “Multikulturalizm: nəzəriyyə və təcrübə” adlı məruzəsi maraqla qarşılandı. 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan olunduğu, olkəmizdə müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrinin dincyanaşı yaşaması üçün hər bir şəraitin mövcudluğu vurğulandı.

Daha sonra Azərbaycan nümayəndələri müxtəlif məktəblərdə təhsilin vəziyyəti ilə tanış oldular, öz məktəbləri haqda danışdılar, Xumar Qazıyeva da Heydər Əliyev adına Müasir Təhsil Kompleksi barədə geniş məlumat verdi. Bir sıra Azərbaycan və Lvov məktəbləri arasında əməkdaşlıq müqavilələri imzalandı.

İvan Franko adına Lvov Milli Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor V. Melniklə, Universitetin Pedaqoji Təhsil Fakültəsinin dekanı və pedaqoji kollektivi ilə, eləcə də Lvov Politexnik Universitetinin rəhbərliyi ilə keçirilən görüşlərdə Bakıda ali məktəblərin iştirakı ilə keçiriləcək elmi-təcrübi konfrans, Azərbaycan-Ukrayna Təhsil əlaqələri müzakirə olundu. Konfrans və görüşlər qarşılıqlı dostluq şəraitində keçdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR