Koalisiyanın Yəmənə endirdiyi zərbə nəticəsində 8 dinc sakin ölüb

Koalisiyanın Yəmənə endirdiyi zərbə nəticəsində 8 dinc sakin ölüb
# 25 sentyabr 2016 05:19 (UTC +04:00)

Bakı-APA. Ərəb koalisiyasının Yəmənin İbb əyalətindəki yaşayış binalarından birinə endirdiyi aviazərbə nəticəsində azı 8 dinc sakin ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik” agentliyinə yerli rəsmi qurumdan bildirilib.

“Koalisiyaya məxsus təyyarələr yaşayış binasına zərbə endiriblər, nəticədə Əs-Səbr dairəsinin kənd təsərrüfatı idarəsinin rəhbəri Məhəmməd əl-Cəmai, onun həyat yoldaşı və üç uşağı, habelə, üç qonşusu ölüblər, doqquz nəfər isə yaralanıb”, - deyə mənbə bildirib.

Mənbə zərbənin endirildiyi ərazidə heç bir hərbi obyektin olmadığını, ölən və yaralananların hamısının dinc sakin olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR