Almaniyada toyda partlayış baş verib, yaralananlar var

Almaniyada toyda partlayış baş verib, yaralananlar var
# 16 aprel 2016 22:14 (UTC +04:00)

Bakı-APA. Almaniyada toy mərasimində partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış Almaniyanın qərbindəki Essen şəhərində, hindistanlıların toy mərasimində baş verib.

Məlumata görə, ibadətgahın qarşısında baş verən partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

İnsidentin səbəbi və təfərrüatları barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR