“Bank Avrasiya” bu ilin II rübünü mənfəətlə başa vurub

“Bank Avrasiya” bu ilin II rübünü mənfəətlə başa vurub
# 30 avqust 2016 13:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank Avrasiya” nın aktivlərinin həcmi 2016-cı il iyulun 1-nə 130,365 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 5,72% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,23% artaraq 86,552 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 0,11% artaraq 56,838 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50,000 mln. manat təşkil edib.

“Bank Avrasiya”nın gəlirləri 8,658 mln. manata, xərcləri isə 3,878 mln. manata çatıb.

Ötən il ərzində bankın əldə etdiyi mənfəət 5 mln. 623 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR