ISESCO üzrə Azərbaycan Milli Komissiyasının ilk iclası keçirilib

ISESCO üzrə Azərbaycan Milli Komissiyasının ilk iclası keçirilib
# 25 yanvar 2016 15:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. ISESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının ilk iclası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23-27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycanın növbəti üç il müddətinə Baş Konfransın sədri seçilməsi münasibətilə görüş iştirakçılarını təbrik edib.

2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsini Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilə yüksək qiymət kimi dəyərləndirən nazir bu yöndə işlərin artıq bu gündən başlanılmasının, Muxtar Respublikanın rəhbərliyi və əlaqədar təşkilatları ilə müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR