“FINCA Azerbaijan” müştərilərinə plastik kartlarda kredit təklif etməyə başlayıb

“FINCA Azerbaijan” müştərilərinə plastik kartlarda kredit təklif etməyə başlayıb
# 09 sentyabr 2016 08:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilati (BOKT) artıq bütün filiallarında plastik kartlarda kredit təklif etməyə başlayıb.

BOKT-dan “APA-Economics”ə verilən məlumata görə, yeni plastik kartlar “FINCARD” adlanır və bu, əvvəlcədən ödəniş edilən (prepaid) yeni innovativ kreditvermə kanalı sayılır. Müştərilər “FINCARD” ilə bank və poçt şöbələrindən nağd pul vəsaiti çıxarda, ticarət və xidmət obyektlərində isə POS-terminallar vasitəsi ilə nağdsız əməliyyatlar həyata keçirə bilərlər.

“FINCARD” içərisində nağd pul vəsaiti olan lokal ödəniş kartıdır və bu yeni məhsul FINCA-nın alternativ kreditvermə kanalının yaradılması istiqamətində mühüm addımlarından biridir. Daha öncə sınaq müddətində təşkilatın bir neçə filialında müştərilər “FINCARD” əldə edərək yeni kreditvermə kanalından uğurla istifadə edib. “FINCA Azerbaijan”ın bu xidməti təşkilatın “Azərpoçt” və “Millikart” ilə əməkdaşlığı çərçivəsində mümkün olub.

Təşkilatın www.finca.az internet ünvanına daxil olaraq və ya *2525 nömrəsinə zəng edərək “FINCARD” ilə bağlı daha ətraflı məlumat əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR