Göyçay, Ağdaş, Mingəçevir və Qəbələdə seçicilərin fəallığı müşahidə edilir

Göyçay, Ağdaş, Mingəçevir və Qəbələdə seçicilərin fəallığı müşahidə edilir
# 26 sentyabr 2016 12:30 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə 36 seçki məntəqəsində 39005 seçici qeydiyyata alınıb.

Dairə Seçki Komissiyasının sədri Nizam Məhərrəmov APA-ya bildirib ki, məntəqələrin 17-si Ağdaşda, 19-u isə Göyçayda yerləşir. On iki seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçicilərin 232 nəfəri səsvermədə ilk dəfə iştirak edir, prosesi 394 nəfər yerli müşahidəçi izləyir. Ağdaş rayonunun Qarağan və Cardam kəndlərində fəaliyyət göstərən 26 və 27 saylı seçki məntəqələrində “exit-poll” keçirilir.

90 saylı Ağdaş DSK-nın sədri Nurəddin Nəsibov APA-ya bildirib ki, dairə üzrə 40 seçki məntəqəsinin 10-da veb-kameralar quraşdırılıb. Məntəqələrdə 410 nəfər yerli və xarici müşahidəçi prosesi izləyir. Dairə üzrə 40290 nəfər seçici qeydiyyata alınıb ki, onlardan 304 nəfəri ilk dəfə səs verir, 6 nəfərin isə yaşı 100-dən yuxarıdır.

47 saylı Mingəçevir DSK-nın sədri Oqtay Məmmədov APA-ya deyib ki, 30 seçki məntəqəsi üzrə seçicilərin ümumi sayı 37347 nəfərdir. Referendumu izləmək üçün 314 nəfər yerli müşahidəçi qeydiyyata alınıb. Həmçinin, 12 məntəqədə veb-kamera quraşdırılıb, 3 saylı seçki məntəqəsində “exit-poll” keçirilir. Müşahidəçilərdən aldığımız məlumata görə, səsvermə zamanı heç bir qanun pozuntusuna yol verilməyib.

116 saylı Qəbələ DSK-nın sədri Ramiz Əsədov APA-ya dairə üzrə 54 seçki məntəqəsində 43484 seçicinin qeydiyyata alındığını deyib. Onlardan 6 nəfərin yaşı 100-dən yuxarıdır, 1138 nəfəri isə ilk dəfə səs verir. 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

88 saylı Göyçay DSK-nın sədri Eldəniz Həmidov bildirib ki, 43 seçki məntəqəsi üzrə 40900 seçici qeydiyyata alınıb. Dairə üzrə 5 seçki məntəqəsində veb-kamera quraşdırılıb və 7 seçki məntəqəsində “exit-poll” keçirilir. Bütün seçki məntəqələrində səsvermə prosesini 435 yerli müşahidəçi izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR