Nyu-Yorkda Kerri ilə Lavrov arasında görüş olacaq

Nyu-Yorkda Kerri ilə Lavrov arasında görüş olacaq
# 26 sentyabr 2015 04:47 (UTC +04:00)

Bakı-APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə Rusiyanın Nyu-Yorkdakı nümayəndə heyətindən bildiriblər.

Rusiya xarici işlər idarəsinin rəhbəri həmçinin Kipr prezidenti, Almaniya, Çin, Suriya, Braziliya, Yunanıstan, Meksika, Sloveniya, Kuba, Finlandiya, Əlcəzairin XİN rəhbərləri, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının baş katibləri ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR