Mingəçevir Dövlət Dram Teatrına direktor və baş rejissor təyin olunub

Mingəçevir Dövlət Dram Teatrına direktor və baş rejissor təyin olunub
# 14 yanvar 2016 13:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mingəçevir Dövlət Dram Teatrında yeni təyinatlar olub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mədəniyyət və turizm nazirinin əmrinə əsasən Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Səxavət Məmmədov teatrın direktoru vəzifəsinə, Xəzər Gəncəli isə baş rejissor vəzifəsinə təyin olunublar.

Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə teatrın kollektivinə bu barədə məlumat verilib, yeni baş rejissor kollektivə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR