Braziliyada son sutka ərzində daha 50 630 nəfərin koronavirus infeksiyasına yoluxması, 978 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 497 795 nəfər yoluxub. Bu müddət ərzində 231 012 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 8 363 677 xəstə müalicə olunaraq sağalıb.