Şəkidə yanğın baş verib

Şəkidə yanğın baş verib
# 22 aprel 2016 06:59 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 02:47 radələrində rayonun Baş Göynük kəndində, kənd sakini Sərvər Müzəffər oğlu Məmmədova məxsus, hazırda yaşayış olmayan ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evi yanıb. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR