Opera və Balet Teatrında “Payatsı” operası nümayiş olunacaq

Opera və Balet Teatrında “Payatsı” operası nümayiş olunacaq
# 19 aprel 2016 13:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, opera tamaşasında əsas partiyalardan biri – Nedda partiyasının ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti Yekaterina Straşenko dəvət olunub.

Kanio rolunu isə Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti Gürcüstanın xalq artisti Teymuraz Ququşvili ifa edəcək.

Tamaşada eyni zamanda Azərbaycanın əməkdar artistləri Cahangir Qurbanov (Silvio), Anton Ferştandt (Tonio) və solist Əliəhməd İbrahimov (Arlekin) iştirak edəcəklər.

Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti Yalçın Adıgözəlovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR