YAP-ın Yasamal rayon təşkilatının yeni binasının açılış mərasimi keçirilib

YAP-ın Yasamal rayon təşkilatının yeni binasının açılış mərasimi keçirilib
# 24 dekabr 2015 10:27 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının yeni inzibati binası istifadəyə verilib.

APA-nın xəbərinə görə, baş nazirin müavini Əli Əhmədov və YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov açılışı bildirən qırmızı lenti kəsiblər.

Tədbir iştirakçıları ilk olaraq Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyublar.

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, YAP Yasamal rayon təşkilatının yeni inzibati binasının Azərbaycan prezidenti İlham Əliyevin doğum günündə istifadəyə verilməsi rəmzi xarakter daşıyır: “Hesab edirəm ki, bu yeni bina Yasamal rayon təşkilatının fəaliyyətinin daha da yaxşılaşmasına, nüfuzunun artmasına təsirini göstərəcək. Yeni Azərbaycan Partiyası nə qədər böyük partiya olduğunu sübuta yetirib”.

Baş nazirin müavini qeyd edib ki, bina YAP-ın öz imkanları hesabına inşa olunub.

Tədbirdə bildirilib ki, binanın tikintisinə 2015-ci ildə başlanılıb. 1-ci mərtəbədə Heydər Əliyevin büstü, eyni zamanda Heydər Əliyev guşəsi yerləşir. Binada təlimatçı otaqları, arxiv, texniki, gənclər və digər zəruri otaqlar var. 3-cü mərtəbədə böyük və kiçik konfrans zalları yerləşir. 170 yerlik böyük konfrans zalı müasir İKT avadanlıqları ilə təchiz olunub.

Qeyd olunub ki, YAP Yasamal rayon təşkilatının 27 min 600 üzvü var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR