Moskvada biznesmenləri oğurlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı tutulub

Moskvada biznesmenləri oğurlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı tutulub
# 04 dekabr 2015 12:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Moskvada adam oğurluğu və soyğunçuluqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın Rusiya DİN Baş İstintaq İdarəsinin saytına istinadən verdiyi məlumata görə, onlar sonuncu belə əməli noyabrın 20-də törədiblər. Moskva sahibkarlarından birini oğurlamağa çalışsalar da, buna nail ola bilməyiblər.

Hadisədən 6 gün sonra isə saxlanılıblar. Yaşadıqları ünvanda axtarış zamanı soyuq silah və noyabrın 20-də hadisə yerindən qaçdıqları avtomobil aşkarlanıb.

Məlum olub ki, onlardan biri daha əvvəl Azərbaycanda qətl hadisəsi törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda həmin şəxslərin daha hansı cinayətlər törətdiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR