Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Mart

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Mart
# 01 mart 2016 17:11 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Neftin bahalaşması üçün ciddi səbəblər yaranıb. Kərkük-Yumurtalıq-Ceyhan kəməri ilə nəqlin müvəqqəti dayanması artıq bazara ilkin təsirini göstərib. Bu amil bir günə neftin qiymətini bir dollar artırıb. İraqın şimalından neft nəqlinin ən az iki həftə dayanacağını nəzərə alsaq, qiymətlər artmaqda davam edəcək. ABŞ-da neft hasilatının azalması qiymətlərə təsir edən ikinci amildir. Şist nefti inqilabına rəğmən Birləşmiş Ştatlar ciddi neft ixracatçısına çevrilə bilmir, üstəlik ölkədə neft hasilatı və ixracı ilə məşğul olan dövlət deyil, özəl şirkətlərdir. Ölkədə hasilatın azalması Qərbi Texas neftinin də bahalaşmasına səbəb olub. Hələlik bahalaşma prosesinin hansı müddətədək davam edəcəyi sual altındadır, amma ehtimal etmək olar ki, martın ortalarına qədər formalaşacaq qiymət daha sonra elə o çərçivədə stabilləşəcək. Optimistlər qiymətlərin 42-48 dollar həddinədək qalxa biləcəyini iddia edirlər, apreldə OPEK çərçivəsində hasilatın azalıb-azalmadığı məlum olduqda, bu qiymətlər ya bahalaşa, ya cüzi enərək stabilləşə bilər. Bu günlərdə neftin qiymətlərinin əleyhinə olan əsas faktor Çin iqtisadiyyatında gedən proseslərdir. Ölkə iqtisadiyyatının həcminin getdikcə daralması neftin bahalaşacağına dair proqnozları alt-üst edəcək ən ciddi amildir. Bu baxımdan mənzərəni tam görmək üçün Çində gedən prosesləri diqqətlə izləmək vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR