Gənc Tamaşaçılar Teatrında yeni il şənliklərinə başlanılacaq

Gənc Tamaşaçılar Teatrında yeni il şənliklərinə başlanılacaq
# 24 dekabr 2015 10:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dekabrın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il şənliklərinə başlanılacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gənc yazar Pərvin Nurəliyevanın səhnələşdirdiyi “Mauqli” pyesi əsasında hazırlanmış “Mauqlinin Yeni ili” bu mövsüm Gənc Tamaşaçılar Teatrının azyaşlı tamaşaçılarına təqdim olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Yeni il tamaşasında əsas obrazları aktyorlar Zaur Əliyev (Dövlət Musiqili Teatr), Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev, Elgün Yəhyayev, Vahid Orucoğlu, Elnur Əliyev, Anar Seyfullayev, Elşən Şıxəliyev, Rəşad Səfərov, Müşfiq Əliyev, Anar Səfiyev, Bəhram Həsənov ifa edəcəklər.

Əyləncəli bayram proqramı və yeni tamaşa 2016-cı ilin yanvar ayının 4-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR