Naxçıvanda qadın deputat və sahibkarların sayı açıqlanıb

Naxçıvanda qadın deputat və sahibkarların sayı açıqlanıb
# 07 mart 2016 19:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvanda qadın deputat və sahibkarların sayı açıqlanıb.

APA-nın məlumatına görə, Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Naxçıvan qadınları müstəqillik illərində” mövzusunda keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib ki, hazırda muxtar respublika qadınlarından 1-i Milli Məclisin, 7-si Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 15 qadın isə sahibkardır.

Eyni zamanda muxtar respublikada qadınlardan 13-ü bələdiyyə sədri, 22 minə yaxını Yeni Azərbaycan Partiyasının üzvüdür. 20 mindən artıq qadın səhiyyə, mədəniyyət, təhsil sahələrində, o cümlədən dövlət qulluğunda və özəl müəssisələrdə çalışır. 7 mindən çox qadın idmanın müxtəlif növləri ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR