Bakının “Lokomotiv” klubunun baş məşqçisi istefaya göndərilib

 Bakının “Lokomotiv” klubunun baş məşqçisi istefaya göndərilib
# 24 dekabr 2015 09:31 (UTC +04:00)

Bakı – APA. “Lokomotiv” baş məşqçisi Fransua Salvaqnini istefaya göndərib. Apasport.az saytının məlumatına görə, mövsümün startında komandaya böyük ümidlərlə gətirilən italiyalı mütəxəssisin fəaliyyətinə vaxtından əvvəl xitam verilib.

Onunla yanaşı, köməkçilərindən Andrea Selani, həmçinin komandaya gətirdiyi digər həmyerliləri də vətəninə yola salınıb.

Salvaqninin “Lokomotiv”dən göndərilməsində səbəb kimi uğursuzluq göstərilir. Digər klublarımızla müqayisədə ulduzların cəmləşdiyi paytaxt təmsilçisi həm Super Liqada, həm də Çempionlar Liqasında istənilən oyunu nümayiş etdirə bilmir. Bunun üçün də klub rəhbərliyi “təzə qan”a ehtiyac duyub.

Lakin bu, komandanın sanki alın yazısıdı. “Lokomotiv” demək olar ki, indiyədək mövsümə başladığı hansısa baş məşqçi ilə ili bitirməyib. Bu dəfə də istisna olmadı.

Qeyd edək ki, Super Liqada 9 oyuna cəmi 16 xal toplayaraq, 3-cü yerdə qərarlaşan “Lokomotiv” Çempionlar Liqasının A qrupunda 6 xalla ikincidi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR