SOCAR-ın yanvarda Ceyhan limanından dünya bazarlarına çıxardığı neftin həcmi 15% artıb

SOCAR-ın yanvarda Ceyhan limanından dünya bazarlarına çıxardığı neftin həcmi 15% artıb
# 04 fevral 2016 13:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayı ərzində 2 mln. 848 min 91 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 14,83% çoxdur.

Bu həcmin 1 mln. 510 min 914 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il fevral ayının 1-ə qədər Ceyhan limanından 294 mln. 41 min 863 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR