Azərbaycan prezidenti tunisli həmkarını təbrik edib

Azərbaycan prezidenti tunisli həmkarını təbrik edib
# 19 mart 2016 14:19 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev tunisli həmkarı Beji Kaid əs-Sebsini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Tunis dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və tərəqqi diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR