Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər - FOTO - YENİLƏNİB - VİDEO

Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər - FOTO  - YENİLƏNİB  - VİDEO
# 04 may 2024 11:54 (UTC +04:00)

Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyəti Cəbrayılın Cocuq Mərcanlı kəndinin ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Bununla da beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb. Səyyahlar 3 gün ərzində Füzuli, Şuşa, Ağdam, Kəlbəcər, Laçın və Cəbrayıl marşrutu üzrə hərəkət ediblər.

***

10:55

Beynəlxalq səyyahlar Xudafərin körpüsündən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinin ərazisinə səfər ediblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar burada ANAMA-nın minatəmizləmə əməliyyatları ilə tanış olublar. Onlara məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə ermənilər bu əraziləri minalarla çirkləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR