Son 1 ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmalar 7,8% azalıb

Son 1 ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmalar 7,8% azalıb
# 01 fevral 2016 08:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - 2016-cı ilin yanvar ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 56 926 müqavilə qeydiyyata alınıb.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bunların 7 878 ədədi xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Sərhəd müqavilələrinin təminat müddəti üzrə sayı və sığorta haqları aşağıdakı kimi olub:

Ümumilikdə yanvar ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 4,7 milyon manat təşkil edib.

2015-ci ilin yanvar ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 13,7%, sığorta haqlarının məbləğində isə 7,8% azalma müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR