Saatlıda 3 otaqlı evdə yanğın olub

Saatlıda 3 otaqlı evdə yanğın olub
# 12 noyabr 2015 20:45 (UTC +04:00)

Bakı-APA. Saatlıda yanğın hadisəsi baş verib. APA-nın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Genişkənd kəndində qeydə alınıb. Yanğın həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Rəna Feyzi qızı Ocaqquliyevaya məxsus 3 otaqlı fərdi yaşayış evində baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Saatlı yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülsə də evin 1 otağı içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR