5 uşağını girov götürən Omsk sakini təslim olub

5 uşağını girov götürən Omsk sakini təslim olub
# 08 yanvar 2016 15:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Rusiyada 5 uşağını girov götürərək evini partlatmaqla hədələyən Omsk sakinini yola gətirmək mümkün olub. APA-nın “Lifenews”a istinadən verdiyi məlumata görə, hadisədən dərhal sonra fövqəladə hallar üzrə xidmət əməkdaşları əraziyə gəlib, evi mühasirəyə alıblar. Onunla danışıqlar aparandan sonra 43 yaşlı adam onlara təslim olmağa razı olub. Polis sorğusu zamanı məlum olub ki, hadisə məişət mübahisəsi zəminində baş verib. Polis gələnə kimi həmin şəxs təcavüzkarlıq nümayiş etdirmədiyindən və psixoloq anormal davranış aşkar etmədiyindən həmin şəxs evinə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR