Ötən il Azərbaycanda əlillərə 34 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib

Ötən il Azərbaycanda əlillərə 34 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib
# 07 yanvar 2016 08:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən ötən il əlilliyi olan şəxslər 34 075 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 1 273 ədədini əlil arabaları, 1 194 ədədini aşağı ətraf protezi, 189 ədədini yuxarı ətraf protezi, 1 143 ədədini aşağı ətraf ortezi, 90 ədədini yuxarı ətraf ortezi təşkil edib. Əlilliyi olan şəxslər həmçinin 1 710 ədəd dirsəkaltı və 2 049 ədəd qoltuqaltı ağacla, 3 738 ədəd əsa və müxtəlif növlərdə 11 187 reabilitasiya vasitəsi, 3 923 cüt ortopedik ayaqqabı və 3 831 cüt protez ayaqqabı, 539 ədəd eşitmə aparatı və s. ilə təmin olunublar. 804 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən əlilliyi olan şəxslərin istifadəsinə verilib. Hesabat dövründə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri və protez-ortopedik məmulatların sayı 2014-cü illə müqayisədə 49%, o cümlədən əlil arabalarının sayı 2,2 dəfə çox olub.

Bununla yanaşı, ƏƏSMN üzrə müvafiq əmrə əsasən Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqada tərəfindən ötən il 63 rayon və şəhər üzrə 1 784 nəfər müvafiq şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR