Ukrayna Ali Radası hökumətə Rusiyaya qarşı iqtisadi sanksiya tətbiq etməyə icazə verib

Ukrayna Ali Radası hökumətə Rusiyaya qarşı iqtisadi sanksiya tətbiq etməyə icazə verib
# 24 dekabr 2015 10:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Ukrayna Ali Radası hökumətə Rusiyaya qarşı iqtisadi sanksiya tətbiq etməyə icazə verib. APA-nın məlumatına görə, bu barədə Ukrayna baş naziri Arseniy Yasenyuk Ali Radanın iclasında bildirib. Sanksiyalar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək. A.Yasenyuk bununla bağlı parlamentə “Ukraynanın xarici iqtisadi fəaliyyəti haqqında qanununa dəyişikliklərin edilməsi” haqqında qanun layihəsi təqdim edib. Bildirib ki, dəyişikliklərin məqsədi Rusiyaya qarşı analoji tədbirlərin həyata keçirilməsidir.

Qanun sanksiyaların tətbiq edilməsi səlahiyyətinin Ukrayna Nazirlər Kabinetinə təqdim edilməsini nəzərdə tutur.

Xatırladaq ki, Avropa İttifaqı ilə Ukrayna arasında assosiativ sazişin iqtisadi hissəsinin 2016-cı il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədar Rusiyanın narahatlıqlarını aradan qaldırmaq üçün bir müddətdir Moskva ilə aparılan danışıqlar nəticəsiz başa çatıb. Rusiya yanvarı 1-dən Ukraynaya qarşı güzəştsiz ticarət rejimi və ərzaq embarqosu tətbiq etmək barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR