Rusiyanın Tula şəhəri yaxınlığında “Moskva-İrəvan” avtobusu aşıb: 7 nəfər ölüb, 35 nəfər yaralanıb - YENİLƏNİB-2 - VİDEO

Rusiyanın Tula şəhəri yaxınlığında “Moskva-İrəvan” avtobusu aşıb: 7 nəfər ölüb, 35 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-2  - <span style="color: red;">VİDEO
# 03 noyabr 2015 05:22 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə bildirib.

“Avtobusda 63 sərnişin olub, 35 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 7-nin vəziyyəti ağır, 10 nəfərin – orta ağırdır”, deyə mənbə bildirib.

**** 07.49

Bakı-APA. Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusu aşıb, 6 nəfər ölüb, 27 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-in Tula vilayəti üzrə idarəsinin saytında dərc olunmuş məlumatda bildirilir.

“Avtobusda 59 sərnişin olub. Son məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Sərnişinlərin arasında uşaq yoxdur”, deyə məlumatda qeyd olunub.

DİN əməkdaşları qəza ilə bağlı iki əsas versiya irəli sürüblər: texniki nasazlıq və sürücünün sükan arxasında yuxulaması.

**** 05.52

Bakı-APA. Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusu aşıb, 6 nəfər ölüb, 17 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə bildirib.

Məlumata görə, “Moskva-İrəvan” avtobusu M4 “Don” magistral yolda aşıb. “Qəza yolun 220-ci km-də, İlyinka yaşayış məntəqəsindən 2 km aralıda baş verib. İlkin məlumata görə, “Hyundai” markalı avtobus idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 6 nəfəri ölüb”, deyə mənbə bildirib.

Avtobusun Rusiya dövlət nömrə nişanı ilə hərəkət etdiyi bildirilir.

Məlumata görə, 16 nəfər müxtəlif xəsarətlərlə Uzlovaya şəhər xəstəxanasına, bir nəfər isə Kireyevsk xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR