Bakıda "Audi", Sumqayıtda "VAZ” markalı avtomobillər yanıb

Bakıda "Audi", Sumqayıtda "VAZ” markalı avtomobillər yanıb
# 18 mart 2016 06:20 (UTC +04:00)

Bakı-APA. Bu gecə Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "Audi" markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi qismən yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıt şəhərində isə sahibi məlum olmayan "VAZ” markalı minik avtomobilinin salon hissəsi və qabaq oturacaqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR