Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək
# 29 iyul 2016 09:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Avqust ayının 1-də Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.

APA-Economics”in məlumatına görə, hərracda 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.

Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR