Kaspşikin ofisinin genişləndirilməsi ilə bağlı sənəd Azərbaycan və Ermənistana təqdim edilib - BƏYANAT

Kaspşikin ofisinin genişləndirilməsi ilə bağlı sənəd Azərbaycan və Ermənistana təqdim edilib - <span style="color: red;">BƏYANAT
# 03 iyun 2016 10:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə sadiq olduqlarını bir daha təsdiq etdilər”.

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin 31 may tarixində Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və 2 iyun tarixində Parisdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşlərinin yekunu ilə bağlı yaydıqları bəyanatda bildirilir.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrini şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər ATƏT-in fəaliyyətlə olan sədrinin xüsusi nümayəndə ofisinin genişləndirilməsi və ATƏT araşdırma mexanizmlərinin qurulması ilə bağlı sənəd layihəsini tərəflərin baxması üçün nazirlərə təqdim ediblər: “Nazirlər prezidentlərin hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa etmək istiqamətində iyun ayında danışıqların növbəti mərhələsinin keçirilməsinə razılıqlarını təsdiqləyiblər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR