Bərdədə ev yanıb

Bərdədə ev yanıb
# 18 mart 2016 14:59 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdə rayonunda yağın hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdənin Əmirli kənd sakini Firdovsi Tağıyevin evində qeydə alınıb. Yanğın səhər saat 05:00 radələrində baş verdiyi üçün ailə yuxuda olub. 5 nəfərlik ailəni alovdan xilas etmək mümkün olsa da, ümumi sahəsi 180 kvadratmetr olan 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovu qonşu evlərə keçmədən söndürə biliblər.

Firdovsi Tağıyev yanğına elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR